Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş Voleybol üzrə rayon birinciliyi keçirildi.

26 aprel 2024 | 10:17

Goranboy rayon İcra Hakimiyyəti, Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun dəstəyi ilə Goranboy şəhər 1 nömrəli tam orta məktəbin idman zalında "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş ümumtəhsil məktəb şagirdlərindən ibarət komandalar arasında Voleybol idman növü üzrə rayon birinciliyi keçirildi. Birincilikdə idman ictimaiyyətinin nümayəndələri və yarışa qatılmış 12 məktəb komandası iştirak etdi. Yarışın yekun nəticəsinə əsasən 1-ci yeri Fəxralı, 2-ci yeri Tatarlı,  3-cü yeri  Nərimanlı kənd tam orta məktəblərinin komandaları qazandılar. Yarışda qalib komandalar diplom və medallarla təltif olundular.

Keçidlər