Goranboyda, Yaşıl dünya naminə həmrəylik ili və 8 noyabr Zəfər günü ilə bağlı, “Təbiəti də sağaldaq” devizi altında ağacəkmə aksiyası keçirildi
07 noyabr 2024 | 10:43
Yaşıl dünya naminə həmrəylik ili və 8 noyabr Zəfər günü ilə əlaqədar olaraq, “Təbiəti də sağaldaq” devizi altında, Goranboy Rayon Mərkəzi Xəstəxanasının həyətində ağacəkmə aksiyası keçirildi. Aksiya çərçivəsində tibb müəssisəsinin ərazisində müxtəlif növ meyvə və həmişə yaşıl 100 ədəd ağac əkilib, yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekoloji tarazlığın təmin edilməsinə dəstək, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına töhvə verməkdir.