Goranboyda "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı, yaşıllaşdırma və bioloji müxtəliflik sahəsində nəzərdə tutulan tədbirlər həyata keçirilmişdir
16 dekabr 2024 | 15:12
Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın 2.3 və 3.6-cı bəndlərinin icrasını təmin etmək məqsədi ile Goranboy rayonunda ardıcıl olaraq işlər görülmüşdür.Belə ki, əhali arasında maarifləndirmə işləri aparılmış, maarifləndirmə tədbirləri çərçivəsində rayonun müxtəlif ərazilərində ətraf mühitin qorunmasını təşviq edən posterlər yerləşdirilmiş, şəhərin "Heydər" parkında monitorda ətraf mühitin qorumasını təbliğ edən videoçarxlar nümayiş etdirilmişdir.Yaşıllaşdırma və bioloji müxtəliflik sahəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı rayon ərazisində bitkilərlə və ağaclarla örtülmüş yaşıl divarlar yaradılmışdır.