Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə Kələk kəndində tədbir keçirildi.

16 aprel 2024 | 12:35

“Goranboy rayonunda əkin sahələrinin suvarılması işinin təşkili, mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, bu məqsədlə, Xüsusi Qərargahın və mobil qrupların yaradılması” ilə bağlı, rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamının icrası məqsədi ilə mobil qruplar tərəfindən  yerlərdə müvafiq iclaslar keçirilir. İclaslarda, növbəlilik qrafikinə əməl olunması, sudan səmərəli istifadə və su itkilərinin qarşısının alınması məqsədi ilə arxların lil və kol-kosdan təmizlənməsinin təmin olunması ilə bağlı, söhbətlər aparılır. Həmçinin, “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı, su ehtiyatlarından  səmərəli istifadənin təmin edilməsi məqsədi ilə tədbirlər  həyata  keçirilir. Bu məqsədlə, Kələk kəndində sakinlərlə növbəti görüş keçirildi.

Keçidlər