Goranboyda "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı, silsilə tədbirlər davam etdirilir.
19 sentyabr 2024 | 09:54
Goranboy rayon İcra Hakimiyyəti və Goranboy rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin təşkilatçılığı və tibb işçilərinin iştirakı ilə "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı, tədbir keçirildi. Tədbir çərçivəsində "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı maarifləndirici konfrans təşkil olundu, konfransdan sonra xəstəxananın həyətyanı sahəsində olan ağacların ətrafı təmizlənərək suvarma işləri aparıldı.