Goranboyda “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı silsilə tədbirlər davam etdirilir
29 iyul 2024 | 11:34
Goranboy rayonu Heydər Əliyev Mərkəzində, “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, rayon İcra Hakimiyyəti və Qaz istismar sahəsinin nümayəndələrinin birgə iştirakı ilə konfrans keçirildi. Ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfə verdiyini vurğulayan çıxışçılar, aparılan kompleks tədbirlərin Goranboy rayonu ərazisində də davam etdirildiyini diqqətə çatdırdılar.