Goranboyda "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı, meşə zolaqlarının bərpası və yaşıllıqların artırılması üçün ağacəkmə kompaniyasına başlanılmışdır.
12 mart 2024 | 13:11
Azərbaycan Respublikasında 2024-ci ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar, Goranboy rayonununda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. Goranboy rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər planına uyğun olaraq, rayonun bütün yaşayış məntəqələrində meşə zolaqlarının bərpası və yaşıllıqların artırılması üçün ağacəkmə kompaniyasına başlanılmışdır.