Goranboyda, “Yaşıl dünya naminə həmrəylik ili“ ilə bağlı keçirilən silsilə tədbirlər davam etdirilir.
13 avqust 2024 | 16:22
“Azərbaycan Respublikasında 2024 cü ilin “Yaşıl dünya naminə həmrəylik ili“ elan edilməsi ilə bağlı Tədbirlər Planı “- nın 4.4.. bəndinə uyğun olaraq“ Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi” ilə bağlı, rayonun Xoylu kəndində rayon İcra Hakimiyyəti əməkdaşları və sudan istifadə edənlərin birgə iştirakı ilə görüş keçirildi.