Goranboyda, “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı, ağacəkmə aksiyası keçirildi.
16 mart 2024 | 11:21
Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy şəhəri ərazisində, “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı, ağacəkmə aksiyası keçirildi. Aksiyada rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid ailələri və qazilər, rayonun xidmət sahələrinin bir qrup əməkdaşları və ictimai fəallar iştirak etdilər.