Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş atletika idman növünün kross qaçışı üzrə rayon birinciliyi keçirildi.

31 may 2024 | 08:59

Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun dəstəyi ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş atletika idman növünün kross qaçışı üzrə rayon birinciliyi keçirildi. Yarışda, 32 ümumtəhsil məktəbindən 71 şagird 1.5 km məsafəni qət etmək uğrunda mübarizə apardılar. Yarışın yekun nəticəsinə əsasən:  Tap Qaraqoyunlu kənd tam orta məktəbin şagirdi -Məmmədov Əmrah,  Boluslu kənd tam orta məktəbin şagirdi - Şəfiqi Məhəmməd və Səmədabad kənd tam orta məktəbin şagirdi - Əhmədli İlkin qalib oldular. Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə təltif olundular.

Keçidlər