Goranboyda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində rəsm və əl işləri sərgisi təşkil olundu.
20 may 2024 | 14:12
Goranboyda "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı, rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Rayon İcra Hakimiyyəti, Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektoru və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Parkında rəsm və əl işləri sərgisi təşkil olundu. Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti təşkilatların rəhbərləri və digər məsul şəxslər, ictimai fəallar, məktəblilər və rayon mədəniyyət evinin incəsənət ustaları iştirak etdilər.