Goranboyda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Rayonumuzu təmiz saxlayaq” adlı ekoloji aksiya keçirildi.
08 avqust 2024 | 10:17
Goranboy rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy Gənclər Evinin birgə təşkilatçılığı ilə Gənclər Parkının ərazisində “Rayonumuzu təmiz saxlayaq” adlı ekoloji aksiya keçirildi. Aksiyanın keçirilməsində əsas məqsədin ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillərə ötürülməsi, ekoloji maarifçiliyin təbliğ edilməsidir.Tədbirdə gənc idmançılar, könüllü gənclər və rayonun fəal gəncləri iştirak etdilər.