Goranboyda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "İstedad sorağında" adlı yaradıcılıq müsabiqəsi keçirildi.
Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "İstedad sorağında" adlı yaradıcılıq müsabiqəsi keçirildi. Müsabiqənin yekun nəticələrinə əsasən, Məşədiqaralar kənd tam orta məktəbin VII sinif şagirdi Emil Hüseynli 1-ci yerə, Xınalı kənd tam orta məktəbin IX sinif şagirdi Ayxan Əliyev 2-ci yerə, Goranboy şəhər İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyanın IX sinif şagirdi Nurgül İsmayılova və Goranlı kənd tam orta məktəbinin V sinif şagirdi Şöhrət İbrahimov 3-cü yerlərin qalibi oldular. Müsabiqənin qalibləri diplom və qiymətli hədiyyələrlə, digər şagirdlər isə həvəsləndirici sertifikatlar ilə təltif olundular.