Goranboyda, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində həyata keçirilən kütləvi ağacəkmə aksiyasına Borsunlu və Nadirkənd kəndlərinin sakinləri də fəal qoşuldular.
26 oktyabr 2024 | 10:28
Goranboyda, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində, yolkənarı ərazilərin abadlaşdırılması məqsədi ilə həyata keçirilən genişmiqyaslı ağacəkmə aksiyası davam etdirilir. Bu məqsədlə, Borsunlu və Nadirkənd kəndləri ərazilərində kütləvi ağac əkini işləri həyata keçirildi, hər iki kəndin sakinləri bu aksiyada fəal iştirak etdilər.