Goranboyda “Yaşıl dünya naminə həmrəy olaq” şüarı ilə təmizlik aksiyası keçirildi
26 iyul 2024 | 17:29
"Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı Tədbirlər Planına uyğun olaraq Səfikürd su anbarının ətrafında zəruri sanitar ləvazimatlarla təchiz olunmuş rayon Su kanal sahəsinin əməkdaşları tullantıları su anbarının kənarından toplayıb, ətrafda səliqə-sahman yaradıblar.
Mütəmadi olaraq keçirilən təmizlik aksiyasının əsas məqsədi təmizliyə riayət olunmasını təbliğ etmək, ətraf mühitin mühafizəsinin önəmini ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.