Goranboyda XXIX “Şahin” hərbi-idman oyunları çərçivəsində intellektual yarış təşkil olundu
15 iyun 2026 | 17:23
15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş XXIX “Şahin” hərbi-idman oyununun final mərhələsi çərçivəsində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda intellektual yarış “Gənclər paytaxtı” Goranboy rayonunda keçirildi.
Goranboy rayon Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyev irsinin təbliği və milli-mənəvi dəyərlərin gənc nəsil arasında təşviqi məqsədilə baş tutan yarışda iştirak edən komandalar Azərbaycan tarixinin müxtəlif dövrləri, dövlətçilik ənənələri, milli-mədəni irs və Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sualları cavablandırdılar.
Yekun nəticədə ən yüksək bal toplayan Şirvan şəhər komandası 1-ci, Qəbələ rayon komandası 2-ci və Sumqayıt şəhər komandası isə 3-cü yerə layiq görüldülər.








