Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, xüsusi həssas əhali qruplarının sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə görüş keçirildi

15 may 2025 | 12:29

Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nörməli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.5-ci (Xüsusi həssas əhali qruplarının sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi) bəndinin icrası ilə əlaqədar, Goranboy rayon İcra Hakimiyyəti və Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən Regional bölməsinin əməkdaşları ilə birlikdə rayon Mərkəzi Xəstəxanasında görüş keçirildi. Rayon Mərkəzi Xəstəxanasının ginekologiya və doğum şöbəsinə baxış keçirilərək hamilə qadın və uşaqların düzgün qidalanmasının önəmli olmasından, bakteriya mənşəli qida zəhərlənmələrindən bəhs edərək son istifadə müddəti keçmiş, qoxusu və rəngi dəyişmiş istifadəyə yararsız qidalardan istifadə edilməməsinə diqqət yetirilməsi haqqında məlumatlar verildi.

 

Keçidlər