Goranboyda "Xocalının Səsi" adlı şeir müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirildi.
26 fevral 2024 | 09:39
Goranboy rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy Gənclər Evi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin birgə təşkilatçılığı ilə rayon ümumi təhsil müəssisələrinin VII-VIII sinif şagirdləri arasında "Xocalı Soyqırımı" qurbanlarının əziz xatirəsinə həsr olunmuş "Xocalının Səsi" adlı şeir müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirildi. 13-20 fevral 2024-cü il tarixlərini əhatə edən müsabiqədə 326 nəfər məktəbli şagird iştirak etmişdir. Şeir müsabiqəsinin qalibləri diplom və qiymətli hədiyyələrlə, müsabiqədə fərqlənən şagirdlər isə sertifikatlarla təltif olundular.