Goranboyda Xocalı Soyqırımı qurbanlarının 32-ci ildönümü ilə bağlı anım tədbiri keçirildi.
26 fevral 2024 | 13:49
Goranboyda Xocalı Soyqırımı qurbanlarının 32-ci ildönümü ilə bağlı anım tədbiri keçirildi. Tədbir, Xocalı sakinlərinin müvəqqəti məskunlaşdıqları Goranboy şəhəri Yeni Yaşayış Massivində, Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Abidə kompleksinin önündə keçirildi. Tədbirdə, Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Goranboy və Xocalı ictimaiyyətinin nümayəndələri iştirak etdilər.