Goranboyda, Xocalı soyqırımı faciəsinin 34-cü ildönümü ilə bağlı, ümumrayon tədbiri keçirildi
26 fevral 2026 | 12:10
Xocalı soyqırımı faciəsinin 34-cü ildönümü ilə bağlı, Goranboy şəhərində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri və kollektivi, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər. Yeni Yaşayış Massivində Xocalı soyqırımı qurbanlarının xatisinə ucaldılmış Abidə ziyarət olundu, soyqırıma həsr olunmuş rəsm sərgisi nümayiş etdirildi.








