Goranboyda, Xocalı soyqırımı faciəsinin 31-ci ildönümü ilə bağlı, ümumrayon tədbiri keçirildi.
26 fevral 2023 | 13:50
Tədbirdə, Goranboy və Xocalı rayonlarının İcra Hakimiyyətlərinin başçıları, hər iki rayonun digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri və kollektivi, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər
Öncə, Goranboy şəhəri Şəhidlər Xatirə Kompleksi, sonra Yeni Yaşayış Massivində Xocalı soyqırımı qurbanlarının xatisinə ucaldılmış Abidə ziyarət olundu. Tədbirdə, soyqırım aktına həsr olunmuş rəsm sərgisi nümayiş etdirildi.