Goranboyda Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olundu
Goranboy rayon İcra Hakimiyyəti və Gəncə Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayon nümayəndəliyinin birgə təşilatçılığı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ictimai xadim, ədəbiyyatşünas alim, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirildi. Rayon ictimaiyyətinin nümayəndələrinin, yazarların və ədəbiyyat həvəskarlarının iştirak etdiyi tədbirdə şairin kitablarından ibarət sərgi maraqla qarşılandı. Yubiley tədbirinin Prezident cənab İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli Sərəncamına əsasən təşkil edildiyi diqqətə çatdırıldı. Daha sonra Şairin geniş bədii yaradıcılıq yolundan, elmi və pedaqoji fəaliyyətindən danışıldı, onun fəal vətəndaşlıq mövqeyi ilə müasir Azərbaycan ziyalılığının salnaməsinə qiymətli səhifələr yazdığı vurğulandı. Ədəbiyyatsevərlər tərəfindən şairin şeirləri səsləndirildi, rayon incəsənət ustalarının ifasında konsert proqramı nümayiş etdirildi.








