Goranboyda Voleybol üzrə rayon turniri keçirildi.
Goranboy rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun dəstəyi ilə 10-16 oktyabr 2024-cü il tarixlərdə Goranboy şəhər 1 nömrəli tam orta məktəbin idman zalında, ümumtəhsil məktəb şagirdlərindən ibarət komandalar arasında "Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş, Voleybol idman növü üzrə turnir keçirildi.Olimpiya sistemi üzrə təşkil olunmuş tutnirdə 8 məktəb komandası iştirak etdi. Oyunların yekun nəticəsinə əsasən I yeri Faxralı kənd, II yeri Nərimanlı kənd, III yeri Goranboy şəhər 2 nömrəli tam orta məktəbin komandaları qazandılar. Qalib komandalar diplomlarla mükafatlandırıldılar.