Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda voleybol idman növü üzrə keçirilən zona birinciliyində oğlanlar üzrə “Goranboy” komandası qızıl medalın sahibi oldu.

26 may 2023 | 09:58

Goranboyda "2023-cü il-Heydər Əliyev ili" ilə bağlı, Müstəqillik Gününə həsr olunmuş,  12-15 yaş aralığında yeniyetmələrdən ibarət 6 rayonu təmsil edən (Goranboy, Gəncə, Gədəbəy, Ağdaş, Mingəçevir, Naftalan) komandaların iştirakı ilə voleybol idman növü üzrə zona birinciliyi keçirildi. Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən  Goranboy Olimpiya İdman Kompleksində keçirilən  seleksiya xarakterli yarışda Goranboydan, eləcə də ətraf rayonlardan olan 15 yaşadək qızlar və oğlanlar iştirak ediblər. Qızların yarışında “Goranboy-1”, “Naftalan”, “Mingəçevir”, “Goranboy-2”, oğlanların yarışında isə “Mingəçevir”, “Gədəbəy”, “Goranboy”, “Göygöl” və “Daşkəsən” komandaları mübarizə aparıblar. Tədbirdə  Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev,  Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov  və Milli Məclisin deputatı Müşviq Cəfərov,  federasiyanın əməkdaşları, idmançılar və digər qonaqlar iştirak ediblər. Bədii hissədən sonra həlledici qarşılaşmalara start verilib. Qızların final matçında "Mingəçevir" və "Naftalan" komandaları üz-üzə gəliblər. Daha üstün oyun nümayiş etdirən "Mingəçevir" komandası 2:0 hesabı ilə qalib gələrək çempion olub. Bürünc medalları isə "Goranboy-2" komandası qazanıb. Oğlanların finalı "Mingəçevir" və "Goranboy" komandaları arasında baş tutub. Bu görüşdə 2:0 hesabı ilə qələbə qazanan Goranboy komandası yarışın qızıl medalına sahib çıxıb. Sonda qaliblərə kubok və medallar təqdim olunub.

Keçidlər