Goranboyda vətəndaşların müraciətlərinə xüsusi diqqət yetirilir
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin müvafiq tapşırıq və tövsiyyələri əsasında inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə də mütəmadi vətəndaş qəbulları keçirilir. Qəbullar zamanı vətəndaşların sosial-məişət məsələləri, kommunal xidmətlərlə bağlı müraciətləri, məşğulluq, infrastruktur, torpaq münasibətləri və digər sahələr üzrə qaldırdıqları məsələlər dinlənilir, hər bir müraciət aidiyyəti üzrə qeydiyyata alınaraq ətraflı araşdırılır. Müraciətlərin yerində və obyektiv şəkildə araşdırılması, mövcud problemlərin operativ həlli, həmçinin aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyətin təmin olunması istiqamətində zəruri tədbirlər görülür. Eyni zamanda keçirilən qəbullar zamanı vətəndaşların təklif və təşəbbüsləri də diqqətlə öyrənilir, əhalini narahat edən məsələlərin aradan qaldırılması məqsədilə müvafiq addımlar atılır. Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş məmnunluğunun artırılması, müraciətlərə çevik və şəffaf baxılması istiqamətində işlər davam etdirilir.








