Goranboyda vətəndaşların müraciətlərinə xüsusi diqqət yetirilir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı verdiyi müvafiq sərəncam və tapşırıqlara uyğun olaraq, eləcə də bu istiqamətdə dövlət siyasəti əsas tutulmaqla, Goranboy Rayon İcra Hakimiyyətində və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə mütəmadi olaraq vətəndaş qəbulları keçirilir, onların problem, müraciət və təklifləri dinlənilir.Vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı tədbirlər görülür, digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə xidmət sahələrinin rəhbərləri ilə birgə müzakirələr aparılaraq qanunvericiliyin tələblərinə uyğun aidiyyəti üzrə mərkəzi İcra Hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanır.








