Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda vətəndaşların müraciətləri əsasında, Sarovlu kənd ümumi orta məktəbinin kənarına mühafizə hasarının çəkilişi işləri aparılır.

02 mart 2024 | 12:08

Goranboy rayon İcra Hakimiyyəti başçısının  Sarovlu kəndində keçirdiyi vətəndaşların səyyar qəbulu zamanı, Sarovlu kənd ümumi orta məktəbinin yaxın ərazisindən keçən Şəmkir Maşın Su Kanalının məktəblilərin həyatı üçün təhlükə yaratdığını və bunun qarşısının alınması məqsədi ilə uyğun mühafizə hasarının çəkilməsi ilə bağlı, sakinlər  tərəfindən  müraciətlər ünvanlanmışdı.  Bununla bağlı, İcra Başçısı  rayonun digər rəhbər şəxsləri ilə birgə, Sarovlu kənd ümumi orta məktəbində olmuş və məktəblilərin həyatı üçün təhlükəli vəziyyətin qarşısının alınması məqsədi ilə Kanalının ətrafına  mühafizə hasarının çəkilməsi ilə bağlı, aidiyyəti məsul şəxslərlə müzakirələr apararaq, bu məqsədlə müvafiq tapşırıq və tövsiyyələrini bildirmişdi. Artıq ərazidə müvafiq işlərə başlanılmış, hazırda Sarovlu kənd ümumi orta məktəbinin kənarına mühafizə hasarının çəkilişi işləri aparılır.

Keçidlər