Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda vətəndaş müraciətlərinin həllinə operativ yanaşılır

15 avqust 2025 | 11:48

Goranboy rayon İcra Hakimiyyətinin başcısı Məhərrəm Quliyevin Təklə kəndində keçirdiyi səyyar qəbul zamanı kənd sakinlərinin 5090091 nömrəli transformatorun ayrıcı bıçaqlarının yenilənməsi və ətrafının hasarlanmasına köməklik göstərilməsi ilə bağlı müraciətləri rayon Elektrik Şəbəkəsi tərəfindən icra edilərək həllini tapdı. Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən vətəndaş qəbulu zamanı, Goranlı kənd sakini Əlirzayev Kənan Əlövsət oğlunun su növbəliyinin təmin olunması ilə bağlı müraciəti rayon İcra Hakimiyyəti, Su Melorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları və vətəndaşın birgə iştirakı ilə yerində araşdırıldı və vətəndaşa növbəlilik qrafiki əsasında suyun verilməsinin təmin olunacağı bildirildi.

Keçidlər