Goranboyda vətəndaş müraciətlərinin araşdırılmasına və həllinə operativ yanaşlılır.
29 may 2024 | 11:53
Goranboy rayon İcra Hakimiyyəti başçısının Qızılhacılı qəsəbəsində keçirilən səyyar qəbulu zamanı, qəsəbə sakini Afiq İsgəndərov və digərləri Qara-Goran çayından qəsəbəyə gələn Şır-Şır adlanan arxın bərpa olunmasını və əkin sahələrinə suyun verilməsinə köməklik göstərilməsini xahiş etmişdilər. Rayon İcra Hakimiyyəti, Suvarma sistemləri idarəsi, Sudan İstifadəedənlər Birliyi və sakinlərin birgə iştirakı ilə Tatarlı kəndində görüş keçirildi, ərazidə monitorinq aparıldı, Şır-Şır arxına baxıldı. Hazırda arxın bərpası istiqamətində işlərə başlanılmışdır.