Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda vətəndaş müraciətləri yerində araşdırılır və həlli istiqamətlərində zəruri əməli tədbirlər görülür.

05 sentyabr 2024 | 09:17

Goranboy rayon Nizami kəndinin bir qrup sakinlərinin  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladıqları müraciətləri rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və  vətəndaşlarının birgə iştirakı ilə yerində araşdırıldı. Məlum oldu ki, 20 dən artıq fərdi yaşayış evində təbii qaz təhcizatı yoxdur. Bununla bağlı, Gəncə Regional Qaz İstismarı İdarəsi ilə əlaqə saxlanıldı  və bildirildiki, evlərin təbii qazla təhcizatının  2024-2025 ci il  tarixli tikinti planına əsasən, mərhələli şəkildə  həyata keçirilməsi nəzərdə tutmuşdur. Bundan başqa, Nizami kənd sakini Səfxanov Nəsimi Kifayət oğlunun rayon İcra Hakimiyyətinə ünvanladığı müraciəti də yerində araşdırıldı. Məlum oldu ki, 28 iyul 2024 cü il tarixdə yağan güclü yağışlar nəticəsində N. Səfxanovun 1.00 ha əkin sahəsinin bir hissəsindən keçən sel suları 8 ədəd çuxur yaratmışdır. Həmin çuxurların aradan qaldırılması üçün əkin sahəsinin hamarlanması  təmin ediləcəkdir.

Keçidlər