Goranboyda Vətən müharibəsi şəhidlərinin övladları ekskursiyaya yola salındı.
26 avqust 2023 | 11:02
2023-cü il “Heydər Əliyev ili” ilə bağlı tədbirlərin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhraman oğullarımızın övladları Gəncə şəhərinə ekskursiyaya yola salındılar. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev ekskuriyaya gedəcək Şəhid övladları ilə görüşdü, onlara xoş arzularını çatdırdı.
Ekskursiya zamanı onlar Heydər Əliyev mərkəzini, Nizami Gəncəvi məqbərəsini və Gəncə Qala Qapıları abidə kompleksini ziyarət edəcəklər.