Goranboyda Vətən müharibəsi Şəhidlərinin ildönümü-Anım günü ilə bağlı ümumrayon tədbirləri davam etdirilir.
28 sentyabr 2021 | 16:00
Goranboy rayonunda Vətən müharibəsi Şəhidlərimizin Anım günü ilə bağlı, ümumrayon tədbirləri davam etdirilir. Bu tədbirlər çərçivəsində Qaradağlı kəndində Şəhidlər Xatirə-Bulaq Kompleksinin açılış mərasimi keçirilmişdir. Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər və ictimai fəallar iştirak etmişlər.