Goranboyda Vətən müharibəsi Şəhidlərinin ildönümü-Anım günü ilə bağlı ümumrayon tədbirləri davam etdirilir.
27 sentyabr 2021 | 16:00
Goranboy rayonunda Vətən müharibəsi Şəhidlərimizin Anım günü ilə bağlı, ümumrayon tədbirləri davam etdirilir. Bu tədbirlər çərçivəsində rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxsləri və 97 saylı DSK-dan Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi ilə birgə, Vətən müharibəsi Şəhidlərimizin ailələri görüş keçirildi. Şəhidlərimizin əziz xatirəsi anıldı, Şəhid ailələrinin sosial qayğıları ilə maraqlanıldı. Vətən müharibəsi Şəhidlərinin ailələrinə, Şəhidlərin ildönümü mərasimlərinin keçirilməsinə dəstək məqsədi ilə, rayon İcra Hakimiyyəti və deputat tərəfindən maddi yardımlar verildi.