Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Vətən müharibəsi Şəhidlərinin ildönümü-Anım günü ilə bağlı ümumrayon tədbirləri davam etdirilir.

27 sentyabr 2021 | 16:00

Goranboy rayonunda Vətən müharibəsi Şəhidlərimizin  Anım günü ilə bağlı, ümumrayon tədbirləri davam etdirilir. Bu tədbirlər çərçivəsində rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxsləri  və  96 saylı DSK-dan Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi ilə birgə, Vətən müharibəsi Şəhidlərimizin  ailələri  görüş keçirildi. Şəhidlərimizin əziz xatirəsi anıldı, Şəhid ailələrinin sosial qayğıları ilə maraqlanıldı. Vətən müharibəsi Şəhidlərinin ailələrinə, Şəhidlərin ildönümü mərasimlərinin keçirilməsinə dəstək məqsədi ilə, rayon İcra Hakimiyyəti və deputat tərəfindən maddi yardımlar verildi.

 

Keçidlər