Goranboyda Vətən müharibəsi Şəhidlərinin ildönümü-Anım günü ilə bağlı ümumrayon tədbirləri davam etdirilir.
21 sentyabr 2021 | 16:00
Goranboy rayonunda Vətən müharibəsi Şəhidlərimizin Anım günü ilə bağlı, ümumrayon tədbirləri davam etdirilir. Bu tədbirlər çərçivəsində rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxsləri Qızılhacılı qəsəbəsi və Tap Qaraqoyunlu kəndində Vətən müharibəsinin mülki Şəhidlərinin ailələrini ziyarət etdilər.