Goranboyda Vətən müharibəsi Şəhidlərinin ildönümü-Anım günü ilə bağlı ümumrayon tədbirləri davam etdirilir.
20 sentyabr 2021 | 16:00
Goranboy rayonunda Vətən müharibəsi Şəhidlərimizin Anım günü ilə bağlı, ümumrayon tədbirləri davam etdirilir. Bu tədbirlər çərçivəsində rayon İcra Hakimiyətinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə, Səfikürd, Tatarlı və Rəhimli kənd tam orta məktəblərinin bir qrup müəllim və şagirdləri Şəhidlərimizin məzarlarını və ailələrini ziyarət etdilər.