Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Vətən Müharibəsi Şəhidi Tacir Cəfərovun əziz xatirəsinə həsr olunmuş sərbəst güləş idman növü üzrə birincilik keçirildi

30 aprel 2025 | 10:15

Goranboy rayon İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə Gənclər və idman sektoru və Goranboy Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Qaraçinar kənd tam orta məktəbin idman zalında, Vətən Müharibəsi Şəhidi Cəfərov Tacir Fariz oğlunun əziz xatirəsinə həsr olunmuş sərbəst güləş idman növü üzrə Goranboy Uşaq Gənclər İdman Məktəblərinin birinciliyi keçirildi. Birincilikdə 2009-2011, 2012-2014-cü il təvəllüdlü müxtəlif çəki dərəcəsindən olan 58 nəfər güləşçi qalibiyyət uğurunda öz güclərini sınadılar. Yarışın sonunda hər çəki dərəcəsi üzrə I,II, III yerləri tutmuş idmançılar diplom və medallarla təltif olundular.

Keçidlər