Goranboyda Vətən müharibəsi iştirakçıları, qaziləri ilə görüşlər keçirilir.
Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Möhtərəm Prezident cənab İlham Əliyev və hörmətli Birinci vitse prezident Mehriban xanımın şəhid ailələri və qazilərimizə göstərdiyi diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da əsaslı işlər görülür. Şəhid ailələrinin və Qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılır.
Goranboy RİH-nin, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin məsul vəzifəli əməkdaşlarının, İctimai Şura üzvlərinin, yerli icra nümayəndəsi və bələdiyyənin iştirakı ilə, Yeniyol kəndində Xan Qərvənd, Əlirzalı, Yeniyol və Təklə kəndlərindən olan Vətən müharibəsinin iştirakçıları, Qaziləri ilə görüş keçirildi, onların sosial qayğıları ilə maraqlanıldı.