Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Vətən müharibəsi iştirakçıları, qaziləri ilə görüşlər keçirilir.

09 dekabr 2022 | 09:54

Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Möhtərəm  Prezident cənab İlham Əliyev və hörmətli Birinci vitse prezident Mehriban xanımın şəhid ailələri və qazilərimizə göstərdiyi  diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da əsaslı işlər görülür. Şəhid ailələrinin və Qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılır.

Goranboy RİH-nin, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin  məsul vəzifəli əməkdaşlarının və yerli icra nümayəndəsi, bələdiyyənin iştirakı ilə,  Boluslu kəndində Goran qəsəbəsi, Boluslu, Məşədiqaralar, Eyvazlılar, Nərimanlı və Balakürd kəndlərindən olan Vətən müharibəsinin iştirakçıları, Qaziləri ilə görüş keçirildi, onların sosial qayğıları ilə maraqlanıldı.

Keçidlər