Goranboyda üzgüçülük idman növü üzrə rayon turniri keçirildi
15 avqust 2026 | 11:54
Goranboy Rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memalıq İli" çərçivəsində qız və oğlanlar arasında üzgüçülük idman növü üzrə Goranboy rayon turniri keçirildi. 3 yaş qrupu üzrə qızlar, 4 yaş qrupları üzrə oğlanların öz qüvvələrini sınadığı yarışın keçirilməsində əsas məqsəd idmançıların təcrübələrinin artırılması, fiziki hazırlıq səviyyələrinin qiymətləndirilməsi, gələcək yarışlara hazırlıq prosesinin daha da gücləndirilməsi və üzgüçülük idman növünə marağın artırılmasıdır. Turnirin sonunda 21 nəfər mükafatçı diplom və medallarla təltif olundular.








