Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi” mövzusunda maarifləndirici tədbir keçirildi

06 noyabr 2024 | 11:47

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.4.5. bəndinə uyğun olaraq, “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi” mövzusunda Goranboy şəhər 3 nömrəli tam orta məktəbində, Goranboy rayon İcra Hakimiyyəti, rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi və məktəbin müəllim, şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirildi. Tədbirdə çıxış edən natiqlər gələcəyimiz olan yeniyetmə nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasının vacibliyi,  vətənpərvərliyin insanlarda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaratdığını, Vətən Müharibəsində gənclərimizin göstərdiyi igidliklər yeniyetmə nəslimizin tərbiyəsində böyük rol oynaması ilə bağlı çıxışlar edildi. Məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda hazırlanmış əl işlərinə baxış keçirildi.

Keçidlər