Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda uşaqların sağlam qidalanması və gigiyenik təmizlik qaydalarına riayət edilməsi ilə bağlı monitorinqlər aparıldı

06 fevral 2025 | 11:25

Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Şərəncamının 10.12.5-ci  bəndinin icrasına dair xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı rayon İcra Hakimiyyəti, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs və rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının birgə iştirakı ilə Goranboy şəhəri  ərazisində 1 saylı və 3 saylı Körpələr evi-uşaq bağçalarında, internat tipli gimnaziyada  uşaqların sağlam qidalanması və gigiyenik təmizlik qaydalarına riayət edilməsi ilə bağlı monitorinqlər aparılmışdır. Monitorinq zamanı "sağlam qidalanma", "düzgün yuxu rejimi" ilə bağlı uşaqlar və müəllim kollektivi arasında  söhbətlər aparılmış, məlumat və tövsiyələr verilmiş, uşaqların sağlam zehni inkişafı və məktəb uğuru üçün düzgün qidalanmanın zəruriliyi vurğulanmışdır.

Keçidlər