Goranboyda “uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında” maarifləndirmə tədbiri keçirildi
“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.9 bəndinə uyğun olaraq, Goranboy rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya, rayon Polis şöbəsi, Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru, Uşaq və Ailələrə Dəstək Mərkəzi nümayəndələrinin və Borsunlu kənd 1 saylı tam orta məktəbinin bir qrup şagird, müəllim və valideynlərinin birgə iştirakı ilə “Tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin media subyektlərini cəlb etməklə əhatə dairəsinin genişləndirilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirildi. Tədbirdə uşaqlara qarşı tətbiq edilən zorakılıq hərəkətlərinin onların normal inkişafına mane olduğunu, ümumilikdə uşaq hüquqlarını pozan bütün halların zorakılıq kimi qiymətləndirildiyini, bu cür halların qarşısının vaxtında alınması və qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi bildirildi.