Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası məqsədilə aztəminatlı ailələrə dəstək və məşğulluq tədbirlərinin gücləndirilməsi ilə bağlı tədbir keçirildi

22 dekabr 2023 | 09:36

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında  27.11.2020-ci il tarixli 2306 nömrəli Sərəncamın 5.3.20-ci bəndinə əsasən, aztəminatlı ailələrə yönəlmiş dəstək və məşğulluq tədbirlərinin gücləndirilməsi, həmin ailələrdən olan uşaqların davamlı təhsil hüququnun təmin edilməsi istiqamətində Goranboy RİH, Uşaq və Ailələrə Dəstək Mərkəzi,  Polis şöbəsi və Regional Məşğulluq İdarəsinin yerli bölməsi  ilə birlikdə,  Goranlı kənd tam orta məktəbində, müəllim, yuxarı sinif şagirdləri və valideynlərin iştirakı ilə tədbir  keçirildi.

Keçidlər