Goranboyda "Uşaq nikahlarının qarşısının alınması" tədbirlərinin gücləndirilməsi ilə bağlı tədbir keçirildi.
13 oktyabr 2022 | 10:29
“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı" nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Uşaq nikahlarının qarşısının alınması" tədbirlərinin gücləndirilməsi ilə bağlı, Goranboy rayon İcra Hakimiyyəti, Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektoru və Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Dəliməmmədli şəhəri tam orta məktəbində tədbir keçirildi.