Goranboyda “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbirlər davam edir
08 noyabr 2026 | 11:57
Goranboy rayon İcra Hakimiyyəti, Goranboy rayon Polis şöbəsi və Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə iştirakı ilə Goranboy şəhər 3 nömrəli tam orta məktəbdə, “uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması, hüquqlarının müdafiəsinin gücləndirilməsi, himayəyə götürülməsinə müsbət münasibətin formalaşdırılması” mövzusunda maarifləndirici görüş keçirildi. Görüşdə cəmiyyətdə uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi, uşaqların himayəyə götürülməsinə müsbət münasibətin formalaşması ilə bağlı ətraflı məlumatlar verildi.








