Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbirlər davam edir

04 noyabr 2026 | 12:51

Goranboy Rayon İcra Hakimiyyətinin və Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Zeyvə kənd tam orta məktəbində müəllim kollektivi və şagirdlərin iştirakı ilə “Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi və bu istiqamətdə yeni platformaların yaradılması” mövzusunda maarifləndirici görüş keçirildi. Görüş zamanı şagirdlərin maraq və suallarını əhatə edən məsələlər müzakirə olunaraq, onları maraqlandıran suallar cavablandırıldı. Eyni zamanda, şagirdlər arasında sorğu keçirilib, onların fikir və təklifləri dinlənildi. Şagirdlərin maraqlarına uyğun fəaliyyətlərin təşkili, onların qərarların qəbulunda iştirakının artırılması və təşəbbüslərinin dəstəklənməsi istiqamətində fikir mübadiləsi aparıldı.

Keçidlər