Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “Uşaq Hüquqları Aylığı” çərçivəsində, cəmiyyətdə uşaqların himayəyə götürülməsinə müsbət münasibətin formalaşdırılması məqsədilə tədbir keçirildi.

04 noyabr 2024 | 16:42

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 8.5.2-ci bəndinin icrası və “Uşaq Hüquqları Aylığı” çərçivəsində cəmiyyətdə uşaqların himayəyə götürülməsinə müsbət münasibətin formalaşdırılması məqsədilə Fəxralı kənd tam orta məktəbində Goranboy rayon İcra Hakimiyyəti, rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun və kənd sakinlərinin birgə iştirakı ilə təbliğat xarakterli tədbir keçirildi. Tədbirdə uşaq hüquqlarının qorunması, himayəyə götürülmuş uşaqların nəzarətdə saxlanılması, aztəminatlı ailələrdə olan problemlərlə bağlı uşaqlarda psixoloji problemlərin yaranması və aradan qaldırılması ilə bağlı müzakirələr aparıldı. Çıxış edən natiqlər himayədar ailə instititunun formalaşdırılması istiqamətində maarifləndirici tədbirlərin davamlı aparılmasını, hazırda risq qrupuna daxil olan ailələrin müəyyən edilərək həmin ailələrə monitorinqlərin təşkil olunmasının vacibliyi iştirakçıların nəzərinə çatdırıldı.

Keçidlər