Goranboyda “Ünsiyyət bacarıqlarının inkişafı" mövzusunda təlim keçirildi
28 avqust 2026 | 14:16
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluqçularının peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə regionlarda təlimlərin keçirilməsi davam etdirilir. 27 avqust 2026-cı il tarixində Goranboy rayon İcra Hakimiyyətində və rayon ərazisində fəaliyyət göstərən digər dövlət orqanlarında çalışan dövlət qulluqçularının iştirakı ilə Goranboy rayon Heydər Əliyev mərkəzində “Ünsiyyət bacarıqlarının inkişafı" mövzusunda Dövlət İmtahan Mərkəzi tərəfindən təlim keçirildi.








