Goranboyda “Umut Agro” MMC-nin və “Akpetrol” yanacaqdoldurma məntəqəsinin açılışı mərasimi keçirildi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkədə sahidkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya, bu istiqamətdə həyata keçirilən dövlət dəstəyinə uyğun olaraq, Goranboy rayonunda da iş adamları, sahibkarlar üçün əlverişli şəffaf və işğüzar mühit formalaşdırılmışdır. Bunun nəticəsidir ki, artıq rayonumuzda iqtisadiyyatın bütün sahələri üzrə inkişaf dinamikası diqqət çəkir, yeni, müasir sahibkarlıq və sosial obyektlər, sənaye və istehsal müəssisələri fəaliyyətə başlayır. 27 iyun 2022-ci il tarixdə açılışı mərasimi keçirilən, Bakı-Qazax avtomobil yolunun 339-cu km-də, rayonun Muzdurlar kəndi ərazisində fəaliyyətə başlayan “Umut Agro” MMC və “Akpetrol” yanacaqdoldurma məntəqəsi də rayonun sosial-iqtisadi mühitində dinamik inkişafın növbəti bir göstəricisidir.
Açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və yerli iş adamları iştirak etdilər.
Məlumat üçün bildiririk ki, hər iki obyekt sahibkarlığın inkişafına dövlətin zəmanətli və güzəştli subsidiya imkanlarından yararlanmaqla və yerli iş adamı Fərid Əkbərzadənin şəxsi sərmayə qoyuluşu ilə inşa edilmişdir. “Umut Agro” MMC - kənd təsərrüfatı texnikalarının satışı və servis xidməti mərkəzidir. MMC kənd təsərrüfatı texnikalarının satışından başqa innovativ suvarma sistemlərinin fermerlərə çatdırılması və quraşdırılmasını təmin etməklə yanaşı eyni zamanda kompleks heyvandarlıq fermalarında heyvandarlığın mexanikləşdirilməsi üçün tələb olunan avadanlıqların və texnikalarında fermerlərə çatdırılmasını təmin edir. “Akpetrol” yanacaqdoldurma məntəqəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlanmış müvafiq biznes müqaviləsi əsasında fəaliyyət göstərəcək. Yeni fəaliyyətə başlayan hər iki müəssisədə, ümumilikdə 50 nəfər işlə təmin edilmişdir.